Yazını böyüt
Yazını kiçilt
BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclasında iştirak edən Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri ilə görüşüb.
Hafta.az xəbər verir ki, Şeyx iştirakçılara uğurlu danışıqlar və uzun müddətdir davam edən münaqişənin həllinə töhfə verəcək müsbət nəticələr arzulayıb. O, BƏƏ-nin tərəflərin maraqlarını nəzərə alan Ukrayna böhranının həlli yollarının tapılmasına yönəlmiş bütün təşəbbüsləri dəstəklədiyini vurğulayıb.