Polşanın Donald Tramp tərəfindən yaradılan “Sülh Şurası”na töhfə vermək üçün vəsaiti yoxdur.
Editor.az bildirir ki, bu barədə Polşanın maliyyə və iqtisadiyyat naziri Andjey Domanski “Rzeczpospolita”ya verdiyi müsahibədə bildirib. “Gəlin ondan başlayaq ki, istənilən beynəlxalq müqavilə Nazirlər Şurasının qətnaməsini tələb edir və belə bir qətnamə bu gün mövcud deyil. İkincisi, biz ətraflı təhlil tələb edən çox ciddi hüquqi öhdəliklərdən danışırıq. Və açığı: bunun üçün büdcədə mütləq bir milyard dollar yoxdur.
Bu şurada iştirakdan daha çox maliyyələşdirmə tələb edən daha vacib vəzifələr var”, – Domanski deyib.
//Samir Qurbanov, Editor.az