AZ

ABŞ və Aİ Ukraynanın bərpası üçün 800 milyard dollarlıq investisiya planı hazırlayır

Amerika Birləşik Ştatları və Avropa İttifaqı Ukraynanın yenidən qurulması məqsədilə ümumilikdə 800 milyard dollara qədər çata biləcək genişmiqyaslı investisiya planı üzərində çalışır.

Editor.az xəbər verir ki, Politico nəşrinin məlumatına görə, strategiya 2040-cı ilə qədər olan dövrü əhatə edir və onun təqdimatı üçün 100 günlük əməliyyat planı nəzərdə tutulur. İlk 10 il ərzində dövlət və özəl sektor tərəfindən 500 milyard dollar həcmində investisiya yatırılması planlaşdırılır.

Avropa Komissiyası 2028-ci ildən başlayacaq növbəti yeddi illik Aİ büdcəsi çərçivəsində Kiyevə əlavə olaraq 100 milyard avro ayırmağı planlaşdırır. Sənəddə, həmçinin *Ukrayna*nın Avropa İttifaqına sürətləndirilmiş üzvlüyü məsələsi də yer alır.

Dərc edilən mətndə strategiyanın icrasının tam şəkildə atəşkəsin əldə olunması və təhlükəsizlik zəmanətlərinin təmin edilməsindən asılı olduğu vurğulanır. Bildirilir ki, hazırda bu şərtlər hələ də yerinə yetirilməyib.

Qeyd edək ki, yanvar ayının əvvəlində Kiyev Davosda Amerika Birləşik Ştatları ilə 800 milyard dollarlıq investisiyanın cəlb olunmasını nəzərdə tutan sazişin imzalanacağına ümid edirdi.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-ın sabiq lideri Donald Trump Davosda keçirilən görüşlər zamanı Avropa İttifaqı ilə ABŞ arasında azad ticarət zonasının yaradılması ideyasını dəstəkləyəcəyinə dair vəd verib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr