AZ

TƏBİB-in təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasında pre-ekspertiza təlimi keçirilib » AzadMedia.az


TƏBİB-in təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasında tibbi sığorta fəaliyyətinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Təlimdə TƏBİB-in Tibbi sığorta departamentinin Sığorta işinin təşkili şöbəsi böyük məsləhətçisi Nigar Aslanova və həmin şöbənin mütəxəssisləri Aygün Bilalova və Xanım İldırımova təqdimatla çıxış edib.

Tədbirin məqsədi icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin düzgün təşkili, qeydiyyat və təqdimat proseslərinin təkmilləşdirilməsi, tibbi və statistik məlumatların dəqiqliyinin artırılması olub.

Təlim zamanı tibbi xidmətlərin kodlaşdırılması və uyğunluğunun yoxlanılması, diaqnozların düzgün təsnifatı, ambulator və stasionar xidmətlərin tariflərə uyğunluğu, artıq və təkrar təqdim edilmiş xidmətlərin qarşısının alınması, həmçinin maliyyə və statistik nəzarət mexanizmləri ilə bağlı ümumi mövzular müzakirə edilib.

Sonda iştirakçıları maraqlandıran sualları cavablandırılıb, praktiki tövsiyələr verilib.
Seçilən
162
1
azadmedia.az

2Mənbələr