AZ

"Roma" Zirkzee üçün hərəkətə keçdi

İtaliyanın "Roma" klubu heyətini yeni hücumçu ilə gücləndirmək planlarını davam etdirir.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi niderlandlı forvard Coşua Zirkzee üçün mübarizə aparan əsas klublardan biridir.

Məlumata görə, tərəflər arasında mümkün icarə müqaviləsi ilə bağlı artıq konkret sorğular göndərilib və danışıqlar həlledici mərhələyə qədər irəliləyib. Hazırda zədəli olan gənc oyunçunun gələn həftə tam hazır vəziyyətə gələcəyi gözlənilir.

Karyerası ilə bağlı qeyri-müəyyənliyə son qoymaq istəyən Zirkzeenin özü də bu keçiddə maraqlıdır. Yaxın günlərdə transferlə bağlı son qərarın veriləcəyi bildirilir.

Seçilən
30
fanat.az

1Mənbələr