Olaylar.az xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antoniu Koşta Aİ-nin rəsmi saytına açıqlamasında bildirib.
Koştanın sözlərinə görə, təşkilatın fəaliyyət dairəsi, idarəetmə mexanizmi və sənədin BMT Nizamnaməsinə uyğunluğu ilə bağlı bəzi məqamlar suallar doğurur.
Bununla belə, o vurğulayıb ki, Avropa İttifaqı ABŞ və "Sülh Şurası" ilə Qəzza sektorunda sülh planının həyata keçirilməsi üçün əməkdaşlığa hazırdır.
Qeyd edək ki, "Sülh Şurası"nın nizamnaməsinin imzalanma mərasimi yanvarın 22-də İsveçrənin Davos şəhərində baş tutub. Sənədi 18 ölkənin nümayəndələri, o cümlədən ABŞ, Argentina, Türkiyə, Qazaxıstan, Monqolustan, Qətər, Kosovo, Macarıstan, Ermənistan, Özbəkistan, Paraqvay, Azərbaycan, İordaniya, Səudiyyə Ərəbistanı, Bolqarıstan, BƏƏ, Pakistan və İndoneziya dəstəkləyib.