AZ

Zelenski minnətdarsızlıqda ittiham edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Davos İqtisadi Forumundakı çıxışına görə tənqid olunub.

NOCOMMENT.az xəbər verir ki, İtaliyanın xarici işlər naziri və eyni zamanda ölkənin vitse-prezidenti Antonio Tayani Zelenskinin Avropa ölkələrinə göstərilən dəstəyə görə təşəkkür etməməsini düzgün hesab etmədiyini bildirib.

Tayani bu barədə jurnalistlərə açıqlamasında deyib:

“Məncə, Avropa Ukraynanın müstəqilliyini təmin edib, ölkəni siyasi, maliyyə və hərbi baxımdan dəstəkləmək üçün əlindən gələni edib. Ona görə də hesab edirəm ki, onun nitqi Avropalılara qarşı kifayət qədər səxavətli deyil”.

İtaliyalı nazirin sözlərinə görə, Avropa İttifaqı və ayrı-ayrı Avropa dövlətləri müharibə dövründə Ukraynaya mühüm və davamlı yardım göstərib və bu dəstəyin açıq qeyd olunması vacibdir.

Aliyə

Seçilən
26
nocomment.az

1Mənbələr