AZ

“Ukraynada oynadıqda da belə meydançalarla qarşılaşmışam” – “Araz Naxçıvan”ın baş məşqçisi 

“Hava şəraiti və meydançanın durumu oynamağa imkan vermədi. Yaxşı oyun göstərmək istədik, amma standart vəziyyətdən iki qol buraxdıq. Oyunu kontrolda saxlamaq istədik, lakin stadionun durumu buna imkan vermədi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko “İmişli” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Oyunçulara baxırıq, hər variantı yoxlamağa çalışırıq. Elə oyunçular var ki, tapşırıqları tez yerinə yetirir. Baxırıq yeni oyunçulara. Bu vəziyyətdə olan meydançada oyunu nəzarətdə saxlamağa çalışdıq. Bəzən futbolda belə hallar olur. Oyunu kontrol etmək, fubol oynamaq istədik, amma bəzən səhvər buraxdıq. Enişlər oldu. Belə meydançalarda normaldır. Ukraynada oynadıqda da belə meydançalarla qarşılaşmışam”.

Seçilən
74
1
idmanxeber.az

2Mənbələr