AZ

Tacik ekspert: Düşənbə Orta Dəhlizin inkişafında maraqlıdır

Bakı, 23 yanvar, Tamilla Məmmədova, AZƏRTAC

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) həyata keçirilməsi Tacikistan üçün strateji əhəmiyyət kəsb edir.

Bu barədə AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və Dünya” verilişinin son bölümündə beynəlxalq münasibətlər və geosiyasət üzrə tacikistanlı ekspert Güzel Maitdinova bildirib.

O, kommunikasiya vektorunun inkişafının ölkənin 2030-cu ilə qədər inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib.

Bakı Limanı vasitəsilə Tacikistan mallarının Avropa bazarlarına ixrac marşrutlarının artıq yaradıldığını qeyd edən ekspert, həmçinin mövcud logistika dəhlizlərinin mövcudluğunun Azərbaycan ilə Tacikistan arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyini və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar açdığını vurğulayıb.

Seçilən
29
azertag.az

1Mənbələr