AZ

Simonyan Rusiyaya səfər edəcək

Ermənistan Parlamentinin spikeri Alen Simonyan Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko ilə telefon danışığı aparıb.

Missiya.Az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyası məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan Parlamenti sədrinin əvvəllər elan edilmiş Moskva səfərinin təfərrüatları müzakirə olunub. Rəsmi səfər 5-6 fevral tarixlərində baş tutacaq.

Simonyan və Matviyenko həmçinin telefon danışığı zamanı Ermənistan-Rusiya ikitərəfli gündəliyindəki məsələlərə toxunublar.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
132
missiya.az

1Mənbələr