AZ

Bolqarıstanda prezidentin istefası təsdiqləndi

Bakı. Trend:

Bolqarıstanın Konstitusiya Məhkəməsi ölkə prezidenti RumenRadevin istefasını təsdiqləyib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bütün 12 hakim Radevin istefası ilə bağlı qərarıyekdilliklə qəbul edib. Qərar qətidir və bu gündən qüvvəyəminir.

Radev istefa ərizəsini çərşənbə axşamı ölkənin KonstitusiyaMəhkəməsinə təqdim edib. Ərizənin təqdim edildiyi andan etibarənRadevin prezident səlahiyyətləri faktiki olaraq dayandırılıb vəölkə Konstitusiyasına uyğun olaraq vitse-prezident İliyana Yotovabu səlahiyyətləri öz üzərinə götürüb.

O, Radevin səlahiyyət müddəti başa çatanadək, 22 yanvar 2027-ciil tarixinədək – prezident vəzifəsini icra edəcək.

Məqalədə:
Seçilən
140
1
az.trend.az

2Mənbələr