
“Ankara qarşıdakı illərdə bölgədə dominantlıq yaradacaq və bu da İsrail üçün vəziyyəti getdikcə çətinləşdirəcək”.
Missiya.Az xəbər verir ki, bu barədə "İsrail Hayom" qəzeti yazı dərc edib.
Mənbə İran təhdidinin artıq aradan qalxdığını, lakin Türkiyənin İsraili mühasirəyə alacağını və onu çətin vəziyyətə salacağını bildirib.
"Rejimin yıxılıb-yıxılmamasından asılı olmayaraq, bildiyimiz İran təhlükəsi artıq mövcud deyil", - deyə vurğulanıb.
Qeyd olunub ki, Türkiyə on il və ya daha az müddətdə Yaxın Şərqdə dominantlıq qurmağa çalışacaq.
Daşqın HəsənovMissiya.Az