AZ

Zelenski pul müqabilində bəzi ərazilərdən imtina edir?

Əbu-Dabidə danışıqlar zamanı müzakirə olunacaq sənədlər Kiyevin 800 milyard dollarlıq maliyyə yardımı və təhlükəsizlik zəmanətləri müqabilində bəzi ərazilərdən imtina etməsini nəzərdə tutur.

Missiya.Az xəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Rusiya, ABŞ və Ukraynanın danışıqlar qruplarının Əbu-Dabidə keçiriləcək ilk üçtərəfli görüşündə gələcək sülh müqaviləsinin əsasını təşkil edəcəyi gözlənilən dörd sənədin təqdim edilməsi gözlənilir. Xüsusilə, onlardan biri Ukrayna qoşunlarının Donetsk bölgəsindən tamamilə çıxarılmasını nəzərdə tutur.

Məlumata görə, kompensasiya olaraq Amerika tərəfi Ukrayna üçün 800 milyard dollarlıq maliyyələşdirmə proqramı ilə bağlı sənəd təklif etmək niyyətindədir və bu proqram Amerika investisiya şirkəti “BlackRock”un sahibi Larri Finkin rəhbərliyi altında həyata keçiriləcək.

Digər bir müddəa ABŞ və Avropa ölkələrinin dəstəyi ilə bağlı təhlükəsizlik zəmanətlərinə yönəlib.

Qəzet yazır ki, əslində, Ukrayna Prezidenti Volodimir Zelenski pul və Qərbin müdafiəsi müqabilində ərazilərindən imtina etməlidir.

Qeyd edək ki, hazırda Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqlar keçirilir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
32
missiya.az

1Mənbələr