AZ

İrəvan laboratoriya nəticələrini açıqladı: Azərbaycan benzini…

Azərbaycandan Ermənistana idxal olunan benzinin keyfiyyəti ilə bağlı aparılan yoxlamaların nəticələri açıqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Bazar Nəzarəti üzrə İnspeksiya Orqanı məlumat yayıb.

Qurumun rəhbəri Armen Kotolyanun sözlərinə görə, Azərbaycandan gətirilən yanacaq partiyalarından nümunələr götürülərək Milli Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən laborator müayinələr aparılıb. Analizlərin nəticələri hər hansı uyğunsuzluq aşkarlamadığını göstərib və idxal olunan benzinin Avrasiya İqtisadi İttifaqının texniki tələblərinə tam cavab verdiyi təsdiqlənib.

Eyni zamanda bildirilib ki, ötən il ərzində Ermənistan ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində aparılan yoxlamalar zamanı halların 13,4 faizində yanacağın keyfiyyəti ilə bağlı pozuntular qeydə alınıb. Lakin bu pozuntuların hansı mənşəli benzinlə bağlı olduğu açıqlanmayıb.

Seçilən
70
editor.az

1Mənbələr