AZ

Rus ordusunda gözlənilməz yenilik: Artıq döyüşə bu texnika ilə gedəcəklər

Rusiya Ukraynada mövqelər uğrunda aparılan müharibəyə uyğunlaşmaq məqsədilə yüngül motorlu texnikanın tədarükünü artırır.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yaydığı məlumatda deyilir

Analitiklərin bildirdiyinə görə, Rusiya komandanlığı 2026-cı ildə hücum bölmələrini Baş Qərargahın ehtiyatından 2,6 mindən çox baqqi, motosiklet və kvadrotsikllə təmin etməyi planlaşdırır. Bundan əlavə, 2026-cı ilin birinci rübündə müdafiə sənayesi xətti ilə təxminən 4,2 min belə texnikanın qoşunlara verilməsi nəzərdə tutulur.

ISW qeyd edir ki, yüngül motorlaşdırmaya verilən üstünlük Rusiya qoşunlarının mövqeli müharibə şəraitinə optimallaşdırıldığını göstərir. Bu yanaşma yaxın və orta perspektivdə Rusiya ordusunun irimiqyaslı irəliləyiş imkanlarının məhdud olduğunu da ortaya qoyur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
54
1
konkret.az

2Mənbələr