AZ

“Qarabağ” nigeriyalı hücumçunun transferini bitirməyə yaxındır

“Qarabağ” hücum xəttini gücləndirməyə yaxındır.

İdmanxeber.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi  “İstra”nın hücumçusu Salim Faqo Lavalın transferini bitirməyə yaxındır. 23 yaşlı nigeriyalı forvard yaxın günlərdə klubundan ayrılacaq.

Transferin məbləğinin 2 milyon avrodan çox olacağı və bunun “İstra” üçün rekord satış sayılacağı bildirilir.

Faqo Laval bu mövsüm 19 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb, Nigeriya millisində də debüt edib.

Seçilən
134
idmanxeber.az

1Mənbələr