BAKI, 23 yanvar. TELEQRAF
"Karvan-Yevlax" yeni baş məşqçisini açıqlayıb.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax təmsilçisi Füzuli Məmmədovla rəsmi müqavilə imzalayıb.
Klub rəhbərliyinin qərarına əsasən, bir müddət komandada məşqçi kimi fəaliyyət göstərənmütəxəssislə mövsümün sonunadək anlaşma əldə edilib.
Qeyd edək ki, "Karvan-Yevlax" hazırda Misli Premyer Liqasının turnir cədvəlində 6 xalla sonuncu - 12-ci pillədə yer alıb.