AZ

Sankt-Peterburq hakimiyyəti Kotlin adasındakı aerodromu dron sınaqları üçün verəcək

Sankt-Peterburqdakı Kotlin adasındakı (Kronştadt rayonu) Bıçye Pole aerodromunun şəhər administrasiyasına məxsus “Texnopark Sankt-Peterburq” Səhmdar Cəmiyyətinə icarəyə verilməsi planlaşdırılır.

Herbiand.az TASS-a istinadən bildirir ki, şəhərin sənaye siyasəti, innovasiya və ticarət komitəsinin rəhbəri Aleksandr Sitov gələcəkdə orada PUA-ların sınaq poliqonunun yaradılacağını deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ nəzərdən keçirilir: “Aerodrom pilotsuz uçuş sistemləri üzrə Elmi-istehsalat mərkəzi üçün istifadə olunacaq. Qeyd edim ki, son iki ildə Sankt-Peterburqda dron istehsalı demək olar ki, iki dəfə artıb”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
51
herbiand.az

1Mənbələr