AZ

Orban: Macarıstan növbəti 100 ildə Ukraynanın Aİ-yə üzv olmasına imkan verməyəcək

BAKI, 23 yanvar. TELEQRAF

“Hazırda Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük məsələsində Macarıstan tərəfindən dəstəklənmək şansı yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Baş nazir bildirib ki, hazırkı Macarıstan hökuməti Ukraynanın Aİ-yə daxil olmasına qəti şəkildə qarşıdır.

"Düşünürəm ki, növbəti 100 ildə Macarıstanda ukraynalıların Avropa İttifaqına qoşulmasına səs verəcək parlament olmayacaq”, - Orban vurğulayıb.

Seçilən
94
teleqraf.com

1Mənbələr