Bakı. Trend:
Efiopiyanın Əddis-Əbəbə şəhərində BMT-nin Ümumdünya ŞəhərsalmaForumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar bir sıra görüşlərkeçirilib.
Bu barədə Trend-ə Azərbaycanın Efiopiyadakı Səfirliyindənməlumat verilib.
Bildirilib ki, Efiopiyanın şəhər və infrastruktur naziri ÇaltuSani İbrahim, Əddis-Əbəbə şəhərinin meri Adaneç Abiebie, BMT-ninAfrika üzrə İqtisadi Komissiyasının icraçı katibi Klaver Qeytet,mənzil-qərargahı Əddis-Əbəbə şəhərində yerləşən Afrika İttifaqının(Aİ) kənd təsərrüfatı, kənd inkişafı, mavi iqtisadiyyat vədayanıqlı ətraf mühit məsəlləri üzrə komissarı Moses Vilakati vədigər rəsmilərlə görüşlər keçirilib.
Azərbaycanın Efiopiyadakı Səfirliyinin vasitəsi ilə təşkilolunan görüşlərdə Azərbaycanın bu ölkədəki səfiri və Aİ yanındadaimi nümayəndəsi Ruslan Nəsibov, Azərbaycanın Keniyadakı səfiri vəBMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) yanında daimi nümayəndəsiSultan Hacıyev və WUF-ların BMT tərəfindən əsas təşkilatçı qurumuolan UN-Habitatın Afrika üzrə regional ofisinin direktoru OumarSylla iştirak edib.
Görüşlərdə WUF13-ün mahiyyəti, hazırlıq prosesi, təşəbbüslər,planlaşdırılan tədbirlər və fəaliyyətlər, eləcə də iştirak vəəməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.
“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlərvə yaşayış məskənləri” mövzusunda keçiriləcək forumun dayanıqlışəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək,beynəlxalq tərəfdaşlarla birgə Azərbaycanın qlobal proseslərətöhfələrinin təqdim olunması baxımından əhəmiyyəti vurğulanıb.Forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarınıniştirakı ilə Sammitin Zirvə Toplantısının keçiriləcəyi diqqətəçatdırılıb. Qlobal şəhərsalma çempionu olaraq tanınan AzərbaycanınWUF13 çərçivəsində Afrika dövlətləri ilə sahə üzrə əməkdaşlıqmaraqları barədə məlumat verilib.
Eyni zamanda, əksər görüşlərdə Azərbaycanın COP29, habelədayanıqlı şəhərsalma və iqlim dəyişmələri proseslərinin əlaqəlitəsirləri ilə bağlı əldə etdiyi təcrübə və təşəbbüslərininEfiopiyanın COP32-yə ev sahibliyi üçün mühüm əhəmiyyət kəsb etdiyivurğulanıb və bu çərçivədə əməkdaşlığa ciddi maraq ifadəolunub.
Azərbaycan nümayəndə heyəti, həmçinin, Keniya Hökumətitərəfindən “Şəhər Yoxsulları üçün İqlimə DayanıqlılığınınYaradılması” (BCRUP) təşəbbüsü üzrə beynəlxalq tərəfdaşlarıniştirakı ilə Əddis-Əbəbə şəhərində təşkil edilən tədbirə dəqatılıb.