UEFA Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda keçirilən "Yanq Boyz" - "Lion" matçını azərbaycanlı hakimlər briqadası idarə dib.
QOL.az xəbər verir ki, baş hakim Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmrəli, eləcə də dördüncü hakim Tural Qurbanov kömək edib.
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağayev hər komandadan 3 futbolçuya sarı vərəqə göstərib.