AZ

Cənubi Çin dənizində gəmi batdı: ölənlər var

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Çin dənizində Huanyan adası yaxınlığında gəmi batıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “People.cn” məlumat yayıb.

Qəza nəticəsində 2 nəfərin həyatını itirdiyi bildirilib. Çin Sahil Mühafizəsi 13 filippinlini xilas edib.

Göyərtəsində 21 nəfər olan gəmi adadan təxminən 55 dəniz mili şimal-qərbdə ikən onunla əlaqə kəsilib.

Xilasedicilər qalan heyət üzvlərinin axtarışını davam etdirirlər.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
globalinfo.az

1Mənbələr