Tailanda məxsus sərnişin təyyarəsi Çin üzərində qəza siqnalı göndərib.
Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, Pxuketdən Barnaula uçan "Azur Air"-in Boeing 757 təyyarəsi Çinin Lançjou şəhərində planlaşdırılmamış eniş etməyə hazırlaşır.
Təyyarə Çin hava məkanında uçarkən təcili vəziyyət barədə siqnal göndərmək üçün istifadə olunan 7700 kodunu aktiv edib.