AZ

Vaaqn Xaçaturyan Sinqapur Prezidenti ilə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edib

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində sinqapurlu həmkarı Tarman Şanmuqaratnam ilə görüşüb.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Xaçaturyan Sinqapur Prezidentinə Cənubi Qafqazdakı son təhlükəsizlik və siyasi inkişafları təqdim edib, ümumi regional vəziyyətə, eləcə də Azərbaycanla sülh prosesinin gedişatına və Ermənistanın buna yanaşmalarına toxunub.

Qeyd olunub ki, söhbət zamanı tərəflər Ermənistan və Sinqapur arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
77
missiya.az

1Mənbələr