AZ

"Menzies Aviation" şirkəti ilə əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində "Menzies Aviation" şirkətinin icraçı sədri Hassan El-Houri ilə görüşdük. Aviasiya sektorunun dayanıqlı inkişafı istiqamətində ölkəmizdə görülən işlər, bu sahədə innovasiyaların tətbiqi və investisiyaların təşviqi, o cümlədən əməkdaşlıq perspektivləri barədə müzakirələrimiz oldu. Qarşılıqlı təcrübə mübadiləsi, təlim və məşğulluğa yönəlmiş təşəbbüslərin dəstəklənməsini qeyd etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Seçilən
79
4
vergiler.az

5Mənbələr