AZ

NATO Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə təyin etdi

NATO Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsini təyin edib.

Bakıvaxtı.az-ın NATO-ya istinadən məlumatına görə, bunu Alyansın baş katibinin müavini Radmila Şekerinska Bakıda Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşü zamanı bildirib.

"Radmila Şekerinska NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsinin təyin olunduğunu və onun yaxın zamanda vəzifəsinin icrasına başlayacağını elan edib", - məlumatda bildirilib.

Seçilən
129
2
bakivaxti.az

4Mənbələr