AZ

İndoneziya təyyarəsinin qəzaya uğradığı ərazidə 10 meyit aşkarlandı

Bakı. Trend:

İndoneziyalı xilasedicilər Cənubi Sulavesi əyalətində yerləşənBulusaraunq dağının zirvəsində qəzaya uğramış “Indonesia AirTransport” aviaşirkətinə məxsus “ATR 42-500” təyyarəsiningöyərtəsində olan bütün 10 nəfərin meyitlərini aşkar ediblər.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İndoneziyanın Milli Axtarış vəXilasetmə Agentliyinin rəsmiləri açıqlama verib.

Qurumun məlumatına görə, həlak olanların cəsədlərinin təxliyəsidavam edir, əməliyyat isə çətin keçilən dağlıq ərazi səbəbindənmürəkkəbləşib. Qeyd olunur ki, təyyarə respublikanın Dəniz İşlərivə Balıqçılıq Nazirliyinin sifarişi ilə çarter reysi həyata keçiribvə balıqçılıq bölgələrinin havadan monitorinqini aparırdı.Göyərtədə yeddi ekipaj üzvü və nazirliyin üç əməkdaşı olub.

Qeyd edək ki, qəza 17 yanvar tarixində baş verib. TəyyarəCokyakarta şəhərindən Cənubi Sulavesinin paytaxtı Makassaristiqamətində uçuş həyata keçirirdi.

Məqalədə:
Seçilən
156
az.trend.az

1Mənbələr