Bakı. Trend:
Bu gün dünyada ənənəvi enerji mənbələri kifayət qədər çox deyilvə buna görə də alternativ, fərqli enerji mənbələrinə ehtiyacvar.
Trend xəbərverir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov ADAuniversitetində Beynəlxalq Təmiz Enerji Günü Münasibətilə keçiriləndəyirmi masada deyib.
O bildirib ki, bu gün "təmiz enerji" mövzusu ilk növbədə onagörə önəmlidir ki, dünyada ənənəvi enerji mənbələri kifayət qədərçox deyil:
"İstəsək də, istəməsək də alternativ, fərqli enerji mənbələrinəehtiyac var. Artıq sırf qalıq yanacaqlarla – neft, qaz, daş kömürhesabına bu tələbatı qarşılamaq mümkün deyil. Tələbat artır və buartım enerji təhlükəsizliyi nöqteyi-nəzərindən də ciddi əhəmiyyətkəsb edir.
Bu baxımdan enerji mənbələrinin diversifikasiyası çox vacibdir.Çünki neft, qaz hər yerdə yoxdur, amma günəş və külək demək olarki, hər yerdə mövcuddur. Əsasən də bərpa olunan enerjidəndanışarkən günəş və külək enerjisi nəzərdə tutulur".
Nazir müavini qeyd edib ki, digər mühüm səbəb isə atmosferəburaxılan istixana qazlarıdır ki, bunlar Yer kürəsinintemperaturunu artıq təxminən 1,5 dərəcə artırıb.
"Bunun daha da artması faciəvi nəticələrə gətirib çıxara bilər.Enerji istehlakına baxsaq, əsasən “3+1” sahəni görürük ki, buradaenerji intensiv şəkildə istifadə olunur. Bunlar elektrik enerjisiistehsalı, nəqliyyat, ev təsərrüfatı və sənaye sahələridir. Evtəsərrüfatında əsas məsələ istilik və isinmə ilə bağlıdır: xüsusəndə ənənəvi yanacaqlardan istifadə kontekstində. Digər hissələri isəəsasən elektrik enerjisi vasitəsilə həll etmək mümkündür və buelektrik enerjisi hər zaman "yaşıl mənbələr"dən əldə olunabilər.
Lakin elektrikləşdirilə bilməyən sahələr də mövcuddur. Bubaxımdan ev təsərrüfatı ən ciddi sahələrdən biridir. Digərtərəfdən, sənaye sahəsində də oxşar problemlər var. Məsələn, poladvə ya dəmir sənayesində elektrik enerjisindən istifadə mümkündür,lakin hazırda mövcud olan texnologiyalar qazın və ya daş kömürünyaratdığı yüksək temperaturu tam şəkildə əvəz edə bilmir. Buna görədə bu sahələrdə hələlik ənənəvi yanacaqlara ehtiyac qalır", - E.Soltanov əlavə edib.