AZ

“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus çoxsaylı döyüş gəmiləri artıq İrana doğru hərəkət edir” - Tramp

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı hərbi təzyiqləri artırdığını açıqlayıb.

Missiya.Az xəbər verir ki, Ağ Ev rəhbəri bunu jurnalistlərə müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus çoxsaylı döyüş gəmiləri artıq İrana doğru hərəkət edir.

Tramp bildirib ki, “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi və bir neçə idarə olunan raket esminesi yaxın günlərdə Fars körfəzi bölgəsinə daxil olacaq.

Amerika Prezidenti açıqlamasında bu hərbi addımı “nəhəng donanma” kimi xarakterizə edərək, Tehrana bir daha xəbərdarlıq edib.

Tramp İran hakimiyyətini etirazçıları öldürülməkdən çəkinməyə və nüvə proqramını davam etdirməməyə çağırıb.

İranın Ali dini rəhbəri Seyid Əli Xameneinin devrilməsi və ya sürgün edilməsi ehtimalı ilə bağlı suala cavab verən Amerika lideri detalları açıqlamaq istəmədiyini qeyd edib.

Bununla belə, Tramp əlavə edib ki, İran ABŞ-nin nə istədiyini çox yaxşı bilir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
83
35
missiya.az

10Mənbələr