AZ

Enerji həm də dövlətlərin strateji təhlükəsizliyini, ekoloji sabitliyini müəyyən edən fundamental amildir - Sadiq Qurbanov

Bakı. Trend:

Hazırda enerji təkcə iqtisadi resurs kimi deyil, həm dədövlətlərin strateji təhlükəsizliyini, ekoloji sabitliyini müəyyənedən fundamental amildir.

Trend xəbərverir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika vəekologiya komitəsinin sədri Sadiq Qurbanov ADA universitetindəBeynəlxalq Təmiz Enerji Günü münasibətilə keçirilən dəyirmi masadadeyib.

O bildirib ki, "təmiz enerji" ətraf mühitə minimal təsirgöstərən, istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaldanvə enerji istehsalında uzunmüddətli dayanıqlığı təmin edənmənbələri əhatə edir:

"Lakin müasir elmi yanaşmaya görə, "təmiz enerji" konsepsiyasıyalnız istehsal mərhələsi ilə məhdudlaşmır. Enerjidən səmərəliistifadə, enerji effektivliyinin artırılması və resurs risklərininminimuma endirilməsi bu konsepsiyanın ayrılmaz və tamamlayıcıelementləridir. Məhz bu kompleks yanaşma Azərbaycanın milliqanunvericilik sistemində də öz aydın ifadəsini tapır".

Deputat vurğulayıb ki, "təmiz enerji" sahəsində xüsusi stratejiəhəmiyyət daşıyan istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzurun"yaşıl enerji zonası" elan edilməsidir.

"Naxçıvan Muxtar Respublikası da bu strategiyanın mühüm tərkibhissəsidir. Bu qərar postmüharibə dövründə bərpa və yenidənqurmaproseslərinin ekoloji, innovativ və enerji baxımından səmərəliəsaslar üzərində qurulmasına xidmət edən nümunəvi model kimidəyərləndirilməlidir. Nəticə etibarilə, Təmiz Enerji GünüAzərbaycanın enerji siyasətində yeni mərhələnin ideoloji, elmi vəhüquqi əsaslarını təcəssüm etdirən mühüm platformadır", - deputatvurğulayıb.

Məqalədə:
Seçilən
36
1
az.trend.az

2Mənbələr