AZ

Füzulidə 16 kiloqram narkotik vasitə aşkarlandı

Bakı.Trend:

Füzulidə iki şəxsdən 16 kiloqram narkotik vasitə aşkarlanıb.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarıtərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrinqanunsuz dövriyyəsində şübhəli bilinən Əyyub Məlikov və əvvəllərməhkum olunmuş Ramil Quliyev saxlanılıblar. Onladan 12 kiloqram 635qram marixuana, 2 kiloqram 880 qram tiryək, 1 kiloqrama yaxınmetamfetamin və 800 ədəd psixotrop tərkibli metodon həbiaşkarlanıb. Bu şəxslərin narkotik vasitələri satmaq məqsədi iləəldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb. Ə.Məlikov və R.Quliyevbarəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Seçilən
16
25
az.trend.az

10Mənbələr