
İranın xarici işlər naziri Abbas Əraqçı Ukrayna Prezidenti Volodimir Zelenskinin İranda etirazların yatırılması ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Missiya.Az xəbər verir ki, İran XİN rəhbəri bu barədə özünün “X” sosial media hesabında paylaşım edib.
Siyasətçi Zelenskini ABŞ və Avropa vergi ödəyicilərinin vəsaitlərini “korrupsioner generalların ciblərini doldurmaq” üçün xərcləməkdə ittiham edib.
Əraqçı Ukrayna Prezidentinin eyni zamanda BMT Nizamnaməsini pozaraq İrana qarşı ABŞ-ni hərbi müdaxiləyə çağırdığını iddia edib.
“Cənab Zelenski, dünya çaşqın klounlardan bezib. Xaricdən asılı və muzdlu ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü necə müdafiə edəcəyimizi çox yaxşı bilirik və xaricilərdən kömək istəməyə ehtiyacımız yoxdur”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az