Bakı. Trend:
Milli Məclisdə Böyük Qayıdış və reinteqrasiya ilə bağlımüzakirələr keçiriləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İnsan hüquqlarıkomitəsinin 2026-cı il yaz sessiyası üçün İş Planına daxiledilib.
Belə ki, yaz sessiyasında komitədə “Böyük Qayıdış vəreinteqrasiya”, “Azərbaycan dili-milli suverenlik və insanhüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdəAzərbaycan dilinin vəziyyətinə dair” mövzularında ictimaidinləmələrin keçirilməsi, “Milli-mənəvi dəyərlərin və ailəinstitutunun informasiya-kommunikasiya məkanında müdafiəsi”mövzusunda dəyirmi masanın təşkil edilməsi planlaşdırılır.
Həmçinin, “Mina terroru qurbanlarının beynəlxalq hüquqiplatformalara çıxışı” mövzusunda ANAMA ilə birgə görüşlərinkeçirilməsi, uşaq və yeniyetmələrin sosial media asılılığınınqarşısının alınması yollarına dair ekspert müzakirələrinin təşkiliİş Planına daxil edilib.