Bakı. Trend:
Yeni Zelandiyanın Şimal Adasının şimal-şərq sahilində baş verəntorpaq sürüşməsi nəticəsində ən azı iki nəfər həlak olub.
Trend xəbər verirki, bu barədə ölkənin Baş naziri Kristofer Lakson X sosialşəbəkəsində paylaşım edib.
Lakson Plenti körfəzində baş verən sürüşmə zamanı iki yaxınınıitirən ailəyə başsağlığı verərək, “Düşüncələrimiz sizinlədir”, –deyə bildirib.
Yanvarın 22-də baş verən hadisədən sonra sürüşmə zonasına düşənMount Maunganui İstirahət Parkında axtarış-xilasetmə əməliyyatlarıdavam edir. İlkin ehtimallara görə, iki uşaq da daxil olmaqlaaltı-doqquz nəfər torpaq və dağıntılar altında qala bilər.
Bildirilib ki, xilasedicilərin işi çətin nəqliyyat şəraiti iləmürəkkəbləşir. Sürüşmə nəticəsində ərazidəki yolların əksəriyyətibağlanıb və kommunal xidmətlər indiyədək təcili yardım maşınlarınınhərəkəti üçün yalnız bir zolağı açmağa nail olublar.