AZ

Orta Dəhliz özbək ixracatçıları üçün dünya bazarlarına etibarlı çıxışı təmin etməklə əsas rol oynayır –  rəy

Bakı, 22 yanvar, Tamilla Məmmədova, AZƏRTAC

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) özbək ixracatçıları üçün dünya bazarlarına etibarlı çıxışı təmin etməklə əsas rol oynayır.

Bu mövqeni AZƏRTAC-a müsahibəsində özbək ictimai-siyasi xadimi, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının deputatı (2019-cu ildən), “Yuksəliş” hərəkatının sədri (27 iyul 2020-ci ildən), Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sahibkarlıq, rəqabətin inkişafı və sənaye məsələləri üzrə komitəsinin sədri Bobur Bekmurodov bildirib.

O, regionun iqtisadi təhlükəsizliyinin artırılması baxımından Ələt limanının modernləşdirilməsinin və iki ölkənin logistika imkanlarının sinxronlaşdırılmasının vacibliyini vurğulayıb.

Bundan əlavə, B.Bekmurodov qeyd edib ki, türk kökləri və ortaq mədəni dəyərlər əməkdaşlığın inkişafı üçün unikal resurs yaradır: “Mədəni ümumilik etimad formalaşdırır, müasir dünyada isə etimad ən qiymətli kapitaldır. Gənclər və vətəndaş cəmiyyəti birgə təhsil, mədəniyyət və innovasiya təşəbbüslərində fəal iştirak edirlər”.

Seçilən
199
azertag.az

1Mənbələr