"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov karyerasında 500-cü qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssisin yubiley qalibiyyəti ötən gün baş tutan "Ayntraxt"la oyuna təsadüf edib.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Q. Qurbanov 500 qələbənin 471-ni "Qarabağ"ı çalışdırarkən əldə edib. O, 25 qalibiyyəti "Neftçi"də, 4-nü isə Azərbaycan yığmasında qazanıb.

Klub karyerasındakı 496 qələbədən 78-i avrokuboklarda qeydə alınıb.

Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/2007 mövsümündə "Neftçi"nin "sükanı arxasında" olarkən, avqustun 6-da "Gənclərbirliyi" ilə matçda qazanıb – 6:1.