AZ

​“Yuventus”dan "Fənərbaxça"nın ulduz futbolçusuna təklif

"Fənərbaxça"nın futbolçusu Yusif Ən-Nesiri karyerasını İtaliyada davam etdirə bilər. Metbuat.az xəbər verir ki, “Yuventus” klubu mərakeşli futbolçunun xidmətində maraqlıdır. Məlumata görə, İtaliya nəhəngi futbolçunu transfer etmək üçün hərəkətə keçib. İddialara görə, “Yuventus” futbolçunu icarəyə götürmək istəyir. İcarə ilə bağlı "Fənərbaxça"ya təklif irəli sürüldüyü bildirilir.

Qeyd edək ki, Yusif Ən-Nesiri bu mövsüm 25 matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Fənərbaxça"nın Yusif Ən-Nesirinin oyunundan razı qalmadığı və yeni hücumçu transfer etmək istədiyi barədə xəbərlər dərc edilmişdi.

Seçilən
24
50
metbuat.az

10Mənbələr