Qəza aeroport yolunun Suraxanı ərazisindən keçən hissəsində “Azsamand” markalı avtomobillə BMW markalı avtomobilin toqquşması nəticəsində “Azsamand”ın sürücüsü dünyasını dəyişib.
Hadisə şahidlərinin verdiyi xəbərə görə, BMW markalı avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması qəzaya səbəb olub.
Faktla bağlı araşdırma aparılır.