Sumqayıtda yağıntılı hava şəraitinin yaratdığı fəsadlar davam edir.
Sakinlərin məlumatına əsasən, yol örtüyü demək olar ki, tamamilə çuxurlardan ibarətdir. Mövcud vəziyyət həm avtomobillərin hərəkətini çətinləşdirir, həm də piyadalar üçün təhlükə yaradır.
"Yağış yağandan sonra vəziyyət daha da pisləşir. Taksi çağırırsan, gəlmək istəmir", – deyə yerli sakinlərdən biri bildirib.