Bakı. Trend:
UNEC-də noyabr ayından etibarən start verilən “Akademik İnkişafvə İnnovativ Tədris” Təlim Proqramı uğurla başa çatıb.
UNEC-in Təhsil və TəliminMükəmməlliyi şöbəsi tərəfindən universitetin pedaqoji heyəti üçüntəşkil olunan proqramın əsas məqsədi müəllimlərin müasir tədrismetodikası, innovativ təhsil texnologiyaları və rəqəmsal bacarıqlarsahəsində bilik və bacarıqlarının artırılması olub.
Təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlarıntəqdim edilməsi məqsədilə keçirilən tədbirdə Təhsil və TəliminMükəmməlliyi şöbəsinin müdiri Sənubər Səfiyeva çıxış edərək təlimprosesi barədə ətraflı məlumat verib. Bildirib ki, UNEC-in 100müəllimini əhatə edən təlim proqramı onların peşəkar inkişafınatöhfə verməklə yanaşı, müəllimlər arasında şəbəkələşmənigücləndirib, müzakirə və debatlar üçün yeni platforma yaradıb.
Qeyd olunub ki, proqram çərçivəsində UNEC-in 100 müəllimi üçünmüxtəlif mövzularda təlimlər keçirilib. Təlimlər “Tədrisin əsasprinsipləri və pedaqoji dəyərlər”, “Sillabus tərtibatı və fənndizaynı”, “Qiymətləndirmə və rubriklər”, “Rəqəmsal savadlılıq vəsüni intellektlə tədris materiallarının hazırlanması”, “Tələbəmərkəzli tədris metodları” və digər aktual mövzuları əhatə edib.Məqsəd müəllimlərin peşəkar inkişafını dəstəkləmək və müasir təhsilyanaşmalarının universitet mühitində tətbiqini genişləndirməkolub.
Tədbirdə çıxış edən UNEC rektoru professor Ədalət MuradovUNEC-də müəllimlər üçün çoxsaylı təlimlərin keçirildiyini bildirib.O, ilk dəfə olaraq keçirilən bu təlimlərin müəllimlərin konkretsahələr üzrə biliklərini deyil, birbaşa müəllimlik bacarıqlarınıgücləndirməyə xidmət etdiyini diqqətə çatdırıb.
Rektor qeyd edib ki, sürətlə dəyişən texnologiyalar təhsilsahəsindən də yan keçmir və bu reallıq müəllimlərin rəqəmsalbacarıqlara yiyələnməsini zəruri edir: “Rəqəmsal həllər müəllimingücünü artırır. Bu bacarıqlara yiyələnən müəllimlər daha güclü olurvə biliklərini auditoriyaya daha effektiv şəkildə təqdim edəbilirlər.”
Professor Ədalət Muradov bildirib ki, UNEC artıq layihə əsaslıtədris modelinə keçid edib və bu yanaşma mərhələli şəkildə digərfakültələrdə də tətbiq olunacaq. Eyni zamanda Çevrilmiş tədris(Flipped education) modelinin də genişləndirilməsi nəzərdə tutulur.Bu dəyişikliklərin fakültə idarəetməsində də yeni yanaşmalar tələbetdiyini vurğulayıb.
Müəllimlərin əmək haqqının diferensiallaşdırılması vədərəcələndirilməsi məsələsinə də toxunan rektor qeyd edib ki,gələcəkdə müəllimlərin əməkhaqqı artımı onların inkişaf səviyyəsivə özünüinkişaf fəaliyyətləri ilə birbaşa bağlı olacaq.
Tədbirdə çıxış edən təlim iştirakçıları proqramınəhəmiyyətindən, qazandıqları bacarıqlardan və xüsusilə süniintellekt alətlərindən istifadə etməklə tədris materiallarınınhazırlanmasının vaxt itkisini azaltdığını, dərsləri daha interaktivvə tələbə yönümlü etdiyini bildiriblər. Onlar yaradılan imkanlaragörə universitet rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Sonda UNEC rektoru professor Ədalət Muradov təlimiştirakçılarını təbrik edərək onlara sertifikatları təqdimedib.