AZ

WEF-də Azərbaycanın dekarbonizasiyaya verdiyi töhfə müzakirə edilib

İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun 2026-cı il toplantısında (World Economic Forum 2026 - WEF 2026) Azərbaycanın karbohidrogen istehsalçısı ölkəsi kimi aktiv şəkildə dekarbonizasiyaya verdiyi töhfə müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Şirkət rəhbəri bildirib ki, WEF 2026 çərçivəsində Dünya İqtisadi Forumunun Neft və qaz üzrə tərəfdaşlıq rəhbəri Amit Xaira ilə görüşüb və qlobal enerji sektorunun inkişaf edən mənzərəsini, mövcud çağırışları və yeni perspektivləri müzakirə ediblər.

"Biz ədalətli və inklüziv enerji keçidinin, bu dövrdə ənənəvi enerji istehsalçılarının davam edən rolunun əhəmiyyətini və Azərbaycanın karbohidrogen istehsal edən iqtisadiyyatının enerji təhlükəsizliyini qoruyaraq aktiv şəkildə dekarbonizasiyaya necə töhfə verdiyini vurğuladıq. Bu kontekstdə, həmçinin "SOCAR Karbamid" zavodunun nüfuzlu WEF "Rəqəmsal Mayak" (Digital Lighthouse Award) mükafatına layiq görülməsi nailiyyətini qeyd etdik və bir daha Dünya İqtisadi Forumuna innovasiyaları, rəqəmsal transformasiyanı və davamlı sənaye təcrübələrini təşviq etməkdə davamlı liderliyi üçün təşəkkürümüzü bildirdik", - deyə R.Nəcəf bildirib.

Seçilən
41
1
far.az

2Mənbələr