Bakı. Trend:
Almaniya rekord templərlə silahlanır: 2021-ci ildə dövlətsilahlanmaya 70 milyard avro xərclədiyi halda, 2029-cu ilə qədər burəqəm az qala 2,5 dəfə artacaq.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu NATO baş katibi Mark Rütte Davosdakeçirilən Dünya İqtisadi Forumunda çıxışında bildirib.
“Avropanın ələlxüsus da Almaniyanın silahlanmasına gəlincə,Almaniya 2021-ci ildə öz illik büdcəsindən müdafiəyə 70 milyardavro xərcləyib, lakin 2029-cu ilə qədər bu göstərici 160 milyardavroya qədər artacaq”, -deyə o bildirib.
Rüttenin sözlərinə görə, Almaniya rekord templərlə yeni hərbizavodlar inşa edir. O, xüsusilə 155 millimetr çaplı artileriyamərmilərinin istehsalını vurğulayıb.
“Almaniya öz silahlı qüvvələrində şəxsi heyət sayını kütləvişəkildə artırmaq niyyətindədir. Amma Almaniya ilə yanaşı başqaAvropa ölkələrində də belədir”,-deyə Rütte əlavə edib.