Bakı.Trend:
Arxeoloji abidədə qanunsuz qazıntı işləri aparan şəxslərməsuliyyətə cəlb edilib.
Bu barədə Trend-ə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpasıüzrə Dövlət Xidməti məlumat verib.
Bildirilib ki, 2023-cü ilin noyabrında Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəliQərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlətmühafizəsinə götürülmüş Lahıc və Basqal qəsəbələrinin arasındayerləşən Niyal qalası abidəsinin Qərb bürcünün ərazisində qanunsuzqazıntı işlərinin aparıldığı aşkar olunmuşdu.
Həmin dövrdən başlayaraq, Dövlət Xidməti tərəfindən ərazininqorunması üçün nəzarət tədbirləri gücləndirilib.
2025-ci ilin fevral-mart aylarında isə yenidən qazıntı işlərininaparıldığı müəyyən olunub. Aidiyyəti qurumlara məlumat verildikdənsonra qanunsuz əməli törədən şəxslər hadisə yerindəsaxlanılıblar.
Müəyyən edilmişdir ki, Şahmalıyev Namiq Kamil oğlu və NovruzovSabit Sədi oğlu qabaqcadan əlbir olaraq bir qrup şəxs halındabirləşib, tamah niyyəti ilə dəfinə axtarmaq üçün IX–XII əsrlərə aidNiyal qalası abidəsinin Qərb bürcünün hasarı boyunca qanunsuzqazıntı işləri aparıblar. Nəticədə qalanın ön hissəsindən 5,38metr, arxa hissəsindən isə 2 metr uzunluğunda divarı uçuraraq Niyalqalasının müşahidə məntəqəsinə qəsdən ciddi zərər vurublar.
Faktla bağlı 11 mart 2025-ci il tarixində AzərbaycanRespublikası Baş Prokurorluğu tərəfindən Şahmalıyev Namiq Kamiloğlu və Novruzov Sabit Sədi oğlunun barəsində AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə cinayət işibaşlanılıb. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq, 1avqust 2025-ci il tarixində baxılması üçün İsmayıllı RayonMəhkəməsinə göndərilib.
Hazırda işin məhkəmə istintaqı davam edir.
Qeyd edək ki, həmin maddənin sanksiyasına əsasəntəqsirləndirilən şəxslər iki ilədək müddətə azadlıqdan məhrum ediləbilərlər.