JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Ötən il Azərbaycanda 6897 halda əmək qanunvericiliyinin pozulması aşkar edilib, fiziki, vəzifəli və hüquqi şəxslər barəsində 10 milyon 622,550 min AZN məbləğində inzibati cərimə tətbiq edilib.Baku.News xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.Onun sözlərinə görə, ötən il 80 min müraciət araşdırılıb və nəticədə 6897 inzibati xəta üzrə cərimə tətbiq edilib.Dövlət Xidmətinin rəisi həmçinin bildirib ki, əmək münasibətlərinin elektronlaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə olunub:“Elektron əmək müqavilələrinin payı 96,23 faizə çatıb və 2025-ci ilin sonuna onların sayı 1,8 milyonu ötüb”.V.Quliyev, eyni zamanda, qeyd edib ki, ötən il vətəndaşlara gecikdirilmiş 842 min manata yaxın vəsaitin ödənilməsi təmin edilib:“Belə ki, həmin ödənişlərdən 93,66 %-i (788 934,49 AZN) əməkhaqqı, 1,67 %-i (14 050 AZN) zərərə görə ödənc, 4,67 %-i (39 360,46 AZN) sosial müavinət və kompensasiyadan ibarət olub”.
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX