“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi "Çar skiflər: Aşquz dövləti" adlı tammetrajlı bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinə 657 000 AZN xərcləyəcək.
Pravda.az xəbər verir ki, xidməti "Aydəmir Entertainment" MMC həyata keçirəcək.
Agentlik və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni “Bir mənbə metodu” tətbiq olunub.
Cabir
Tarix: 22 Yanvar 2026, 12:40