AZ

Ötən il 89 nəfər əvvəlki iş yerlərinə bərpa edilib

Ötən il ərzində vətəndaşlardan daxil olmuş 21 897 müraciət araşdırılıb. Aparılan araşdırmalar nəticəsində 6 897 halda əmək qanunvericiliyinin pozulması aşkar edilib.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, görülmüş tədbirlər nəticəsində vətəndaşlara 842 min manatdan çox gecikdirilmiş əməkhaqqı və digər ödənişlərin verilməsi təmin olunub, 89 işçi əvvəlki iş yerlərinə bərpa edilib.

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

Seçilən
97
1
bizim.media

2Mənbələr