AZ

Davos Forumu Azərbaycanın dünya siyasətində böyük rola malik olduğunun daha bir göstəricisidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun illiktoplantısında iştirak etmək üçün yanvarın 19-dan İsveçrəKonfederasiyasında səfərdədir. Yanvarın 19-da İsveçrənin Davosşəhərində öz işinə başlayan və yanvarın 23-dək davam edəcək 56-cıDünya İqtisadi Forumu “Dialoq ruhu - qlobal mürəkkəblik və bölünməşəraitində fikir mübadiləsi və anlaşma daha vacibdir” devizialtında dünya liderlərini, dünyanın aparıcı iş adamlarını bir arayagətirir. Davos Dünya İqtisadi Forumunun 56-cı iclasında 130-danartıq ölkədən 3000 nümayəndə iştirak edir. Tədbirə 65 dövlət vəhökumət başçısı daxil olmaqla 400 siyasi lider, iri şirkətrəhbərləri, eləcə də qabaqcıl texnologiya sahəsində fəaliyyətgöstərən nüfuzlu liderlər qatılıblar. Bu geniş təmsilçilik Forumunqlobal miqyasda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğunubir daha təsdiqləyir.

Forumun 2026-cı il toplantısı çərçivəsində qlobal çağırışlaracavab olaraq beş əsas prioritet müəyyən edilib. Bu prioritetlərqlobal iqtisadi artım tempinin zəiflədiyi bir şəraitdə ticarət vəinvestisiya imkanlarının genişləndirilməsi yolu ilə yeni iqtisadiartım mənbələrinin formalaşdırılmasını, innovasiyaların, xüsusiləsüni intellektin tətbiqi zamanı onların biznesə və məşğulluğatəsirinin qiymətləndirilməsini, habelə bu texnologiyalardanistifadəyə dair normativ və etik çərçivələrin müəyyənləşdirilməsiniəhatə edir. Eyni zamanda, beynəlxalq müstəvidə və cəmiyyətdaxilində etimadın bərpası məqsədilə yeni əməkdaşlıqmexanizmlərinin araşdırılması, insan kapitalının inkişafınıntəşviqi və bu sahəyə investisiyaların artırılması yolu ilə əməkbazarının transformasiyası və dayanıqlılığın gücləndirilməsi əsasistiqamətlər sırasında yer alır. Prioritetlər çərçivəsində,həmçinin bərpaolunan, inklüziv, dairəvi və təbiətə əsaslananiqtisadi modellər vasitəsilə uzunmüddətli rifahın təmin edilməsixüsusi diqqət mərkəzində saxlanılır. Bu istiqamətlər bir dahatəsdiqləyir ki, innovasiyaların tətbiqi, müasir tələblərə cavabverən insan kapitalının formalaşdırılması, çoxtərəfli əməkdaşlığıngücləndirilməsi və sair gələcəyin əsas çağırışları kimidəyərləndirilir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasındabildirib.

Milli Məclisin deputatı qeyd edib ki, əvvəlki forumlarda olduğukimi, builki Forum çərçivəsində də Prezident İlham Əliyevin“Euronews” televiziyasına müsahibəsi, panel iclasda çıxışı vəgörüşləri böyük maraq doğurur. Azərbaycanın təkmil inkişaf modeli,uğurla həyata keçirdiyi islahatlar, beynəlxalq münasibətlərsistemində möhkəmlənən mövqeyi, söz sahibliyi, iqtisadiimkanlarının yeni əməkdaşlıq formatlarının yaradılmasına genişimkanlar açması mötəbər maliyyə qurumları, dünyanın məşhur şirkətrəhbərləri və media təmsilçiləri tərəfindən yüksəkqiymətləndirilir. Forum dünyada gedən iqtisadi meyillər haqqındadolğun məlumat əldə etməyə geniş imkanlar yaradır. Dünya İqtisadiForumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirənAzərbaycan bu platformada əməkdaşlığın inkişaf etdirilməsini, dahada irəli aparılması üçün göstərilən səyləri dəstəkləyir. Forumçərçivəsində Prezident İlham Əliyevin qarşı tərəflərin müraciətləriəsasında keçirdiyi görüşlərin say tərkibi Azərbaycana beynəlxalqbaxışın yüksək səviyyədə olduğunu nümayiş etdirir. Belə ki,Prezident İlham Əliyev Forum çərçivəsində qarşı tərəflərinmüraciətləri əsasında dünyanın aparıcı qlobal maliyyəinstitutlarının, nüfuzlu investisiya şirkətlərinin rəhbərləri iləgörüşüb. Görüşlərdə qlobal iqtisadi proseslər, beynəlxalq maliyyəbazarlarında mövcud vəziyyət və institusional investorlarınmüxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olanbazarlarda investisiya mühiti, uzunmüddətli investisiyayanaşmaları, qarşılıqlı investisiya layihələri ilə bağlı fikirmübadiləsi aparıldı. Azərbaycanın xarici investorlar üçün cəlbediciməkan olduğu vurğulandı, ölkəmizdə əlverişli investisiya və biznesmühitinin mövcudluğu məmnunluqla qeyd edildi. Ölkəmizin mühümbeynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, sondövrlərdə Azərbaycanda müasir nəqliyyat infrastrukturunun qurulmasıistiqamətində icra edilən layihələr diqqətə çatdırıldı. Ölkəmizinbeynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi möhkəmlənənmövqeyi yüksək dəyərləndirildi. Görüşlərdə, həmçinin Azərbaycanınbərpaolunan enerji sektorunda malik olduğu imkanlar və bu sahədəəməkdaşlıq da xüsusi diqqətdə oldu.

Vüqar Rəhimzadə vurğulayıb ki, hər dövrün çağırışının yüksəksəviyyədə yerinə yetirilməsi Azərbaycanın dayanıqlı iqtisadiinkişafında özünün aydın ifadəsini tapır. Ümummilli Lider HeydərƏliyevin müəllifi olduğu neft strategiyasının uğurları gözqabağındadır. Azərbaycanın öz təbii resurslarından səmərəliistifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerjilayihələrinin uğurlu icrası ölkələri, xalqları daha da sıxbirləşdirir, yeni körpülərin qurulmasını şərtləndirir. Dünyanınenerji xəritəsini yenidən tərtib edən bu layihələr regionaləməkdaşlığın coğrafiyasının genişləndirilərək beynəlxalq miqyasalması ilə müşayiət olunur. Azərbaycanın iqtisadi müstəqilliyinintəmin edilməsi siyasi mövqeyinin möhkəmlənməsini, etibarlı tərəfdaşkimi nüfuz qazanmasını şərtləndirir. İqtisadiyyatını düzgün əsaslarüzərində quran Azərbaycan hazırda davamlı inkişafa ilə diqqətdədir.Bu isə öz növbəsində regional əməkdaşlığın yeni prioritetlər üzrəgenişləndirilməsini şərtləndirir. Bir mühüm məqamı da xüsusivurğulamalıyıq ki, Azərbaycan beş il öncə tarixi Zəfəri ilə yenireallıqlar yaratdı. Həmçinin 2023-cü ilin sentyabrındasuverenliyini tam bərpa etdi. Azərbaycan sülh gündəliyinin müəllifikimi də dünyanın diqqətindədir. Daim regionda dayanıqlı sülhün,təhlükəsizliyin təmin edilməsi istiqamətində səylər göstərən və onukonkret addımları ilə təsdiqləyən Azərbaycan tarixi Zəfərimizdənsonra Ermənistana sülh təklifi ilə dünyanın diqqətində oldu. Sülhmüqaviləsinin imzalanmasının ümumilikdə regionun inkişafına genişimkanlar açacağını Azərbaycan ilk gündən əsaslı şəkildə diqqətəçatdırdı. Davosda keçirilən görüşlərdə, Prezident İlham Əliyevin“Euronews” televiziyasına müsahibəsində, "Avrasiyanın iqtisadiözünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasındaçıxışında əsas diqqət göstərilən məsələ təbii ki, tarixi sülhrazılaşması oldu. Sözügedən müsahibəsində “Davosda dünya liderləriilə bir araya gəldiyiniz zaman biz hazırda mövcud beynəlxalqsistemin fundamental olaraq yenidən dəyərləndirilməsinin şahidiyik.Bir sözlə, Siz bu dəyişiklik barədə əvvəlcə də xəbərdarlıqetmişdiniz. Ölkəniz dünya quruluşunun bu cür dəyişməsinə necəuyğunlaşır və Sizin dünya liderlərimizə sözünüz nədən ibarətdir”sualını cavablandırarkən Prezident İlham Əliyev bildirdi ki, bizelə bir vəziyyətlə üzləşirik ki, beynəlxalq hüquq normaları dünyaictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görəstrateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldəetməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgünhesab etdiyimizi həyata keçirmək idi. İstər siyasi inkişaf, istərsədə suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalqhüquqa və ümumi dəyərlərə uyğun idi. Beynəlxalq münasibətlər bu günyeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil,güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görəbilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiyavə siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədənmümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isəqlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhzbuna nail oldu.

Prezident İlham Əliyev bildirdi ki, bu gün Cənubi Qafqaz,həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydırsülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqilliktariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdirvə əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistanarasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistanagedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundanəlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkinnövbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Buvəziyyətdən hamı udur. Beləliklə, Ermənistan və Azərbaycanın, eləcədə vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətlideyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur.

Millət vəkili bildirib ki, Azərbaycan hər zaman Dünya İqtisadiForumunun toplantılarında diqqət mərkəzində olur. Təbii ki, bunaəsas verən Azərbaycanın daim liderliyini qoruması, sözünün imzasıqədər əhəmiyyətini artırması, hər bir sahədə zəngin təcrübəyə malikolması, qlobal problemlərin həllində birgə səylərə çağırışlaredərək yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınması vəsair kimi mühüm amillərdir. İqtisadi xarakter daşımasınabaxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərəciddi təsirə malikdir. Forum iqtisadi güc mərkəzlərinin bir-biriilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır.56-ci Dünya İqtisadi Forumu da Azərbaycan üçün səmərəlidir. Qeydetdiyimiz kimi, Prezident İlham Əliyevin qarşı tərəflərinmüraciətləri əsasında bir sıra ölkələrin dövlət və hökumətbaşçıları, tanınmış şirkətlərin rəhbərləri ilə görüşlərindədövlətlər arasında əlaqələrin inkişafında əsas faktorlardan olaniqtisadi amilə xüsusi diqqət yönəldilərək əməkdaşlığın daha dadərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu bir daha diqqətəçatdırıldı. Dünya İqtisadi Forumunun növbəti sessiyası Azərbaycanınhazırda regionda və dünya siyasətində böyük rola malik olduğunu birdaha təsdiqləyir. Prezident İlham Əliyevə göstərilən böyük etimad,hər bir məsələdə ölkəmizin mövqeyinə verilən önəm səsləndirilənfikirlərdə özünün aydın ifadəsini tapır. Hər bir toplantıAzərbaycan-Dünya İqtisadi Forumu əlaqələrində yeni səhifəninbaşlanğıcıdır. Prezident İlham Əliyevin hər il Forumun toplantılarıçərçivəsində keçirilən görüşlərdə əminliklə səsləndirdiyi fikir buolur ki, gələcək daha uğurlu olacaq.

Ölkəmiz hər zaman əməkdaşlığa, sülhə, birliyə, həmrəyliyəçağırışlar edir. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdətəbii ki, hər zaman ədalətin və beynəlxalq hüququn yanında olanqalib, bütövləşən Azərbaycanın mövqeyinə böyük ehtiyac var. 56-cıDünya İqtisadi Forumu bunu bir daha təsdiqləyir.

Seçilən
45
5
az.trend.az

6Mənbələr