Türkiyənin tanınmış müğənnisi Yıldız Tilbe Qəzzada humanitar fəaliyyət göstərən "Kudüs Gönüllüleri” Dərnəyinə maddi dəstək verib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Qəzzanın iki ayrı bölgəsində salınacaq iki böyük çadır şəhərciyin qurulması üçün 300 min ABŞ dolları məbləğində ianə edib.
Bu dəstəyin bölgədə ağır şəraitdə yaşayan insanlar üçün mühüm yardım olacağı bildirilib.