AZ

İsveç Kralının bacısı VƏFAT EDİB

Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə kral sarayının mətbuat xidməti məlumat yayıb. Bəyanatda qeyd olunur: "Əlahəzrət Kralın bacısı Şahzadə Dezire, Baronessa Silfverskjöld, 21 yanvar 2026-cı il, çərşənbə günü, ailəsinin əhatəsində, Västergötlanddakı Koberqdəki evində dinc şəkildə vəfat edib. Şahzadənin 87 yaşı var idi." Kral Şahzadə Dezirenin uşaqlarına və ailələrinə başsağlığı verib. Həmçinin, Drottningholm Sarayı və Haga Sarayı daxil olmaqla iqamətgahlarda bayraqlar yarıya endirilib. Şahzadə Dezire 1938-ci il təvəllüdlü olub, Baron Niklas Silfverskjöldün (1934–2017) dul arvadı idi və Västergötlanddakı Koberg qalasında yaşayırdı.

Şahzadə Dezirenin dəfn mərasimi ilə bağlı məlumat daha sonra açıqlanacaq.

Seçilən
147
Ajans.az

1Mənbələr