Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Respublika ərazisində yollarda xətlənmə işləri aparacaq.
NOCOMMENT.az xəbər verir ki, qurum xətlənmə işlərini aparacaq şirkət axtarışına çıxıb.
Bu işlərə sərf ediləcək vəsaitin 36 milyon 795 min 293 proqnozlaşdırılıb.
Xatırladaq ki, AYNA bundan əvvəl ötən il respublika ərazisində, magistral yollarda nişanlanma və xətlənmə işləri ilə bağlı “Sumqayıt Texnologiyalar Parkı”nın tabeliyindəki “STP-Btech” MMC ilə 45 milyon manat dəyərində müqavilələr bağlayıb./İqtisadiyyat.az